​Suriya ordusu Hələb şəhərində "Nüsra cəbhəsi" terrorçularını mühasirəyə alıb

​Suriya ordusu Hələb şəhərində "Nüsra cəbhəsi" terrorçularını mühasirəyə alıb Terrorçuların Türkiyə sərhədi tərəfdən təchizat yolunun qarşısı alınıb
Digər ölkələr
25 Noyabr , 2014 04:13
​Suriya ordusu Hələb şəhərində Nüsra cəbhəsi terrorçularını mühasirəyə alıb

Bakı. 25 noyabr. REPORT.AZ/ Suriya ordusu Türkiyə ilə sərhəd tərəfdən bir neçə strateji mövqeni ələ keçirərək Hələb şəhərinin şimal-şərqində "Nüsra cəbhəsi" ("Cəbahət ən-Nüsra") terror qruplaşmasının üzvlərini mühasirəyə alıb.

"Report" xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.

Hökumət qoşunları Hələbin şimal-şərq dairəsinin bir hissəsini ələ keçirməklə terrorçuların Türkiyə sərhədi tərəfdən təchizat yolunun qarşısını kəsib.

İndi Əl-Manaşer, Əl-Makləa yaşayış məntəqələri və Əl-Ueca rayonu ərazisindəki yüksəkliklər ordu və yerli özünümüdafiə qüvvələrinin nəzarəti altındadır.

Hərbi əməliyyatlar zamanı terrorçuların nəqliyyat vasitələri və çoxlu sayda canlı qüvvəsi məhv edilib.

Son xəbərlər

Orphus sistemi