Suriya ordusu Hələb və Həma əyalətlərini İŞİD-dən tam azad edib

Suriya ordusu Hələb və Həma əyalətlərini İŞİD-dən tam azad edib Çoxlu sayda terrorçu məhv edilib
Digər ölkələr
10 Fevral , 2018 00:18
Suriya ordusu Hələb və Həma əyalətlərini İŞİD-dən tam azad edib

Bakı. 10 fevral. REPORT.AZ/ Suriya ordusu Həma və Hələb əyalətlərini tam olaraq İŞİD terror qruplaşması yaraqlılarından təmizləyib.

“Report” xəbər verir ki, bu barədə ordu komandanlığının bəyanatında deyilir.

SANA agentliyinin dərc etdiyi bəyanatda bildirilir ki, Suriya ordusu müttəfiq qüvvələri ilə birgə Həma, Hələb və İdlib əyalətlərində yerləşən çox sayda yaşayış məntəqələrini azad edib.

"Bu, strateji uğurdur, çünki Hələb və Həma əyalətlərinin tam olaraq İŞİD-dən təmizlənməsi və Hələb əyalətinin cənubunda "Nüsra cəbhəsi" terrorçularının əksəriyyətinin məhv edilməsi deməkdir", - deyə hərbçilər qeyd ediblər.

Son xəbərlər

Orphus sistemi