Suriya ordusu əl-Məyadin şəhərini İŞİD-dən azad edib

Suriya ordusu əl-Məyadin şəhərini İŞİD-dən azad edib Şəhərdə toplaşan İŞİD terrorçuları məhv edilib
Digər ölkələr
14 Oktyabr , 2017 22:46
Suriya ordusu əl-Məyadin şəhərini İŞİD-dən azad edib

Bakı. 14 oktyabr. REPORT.AZ/ Suriyanın hökumət qüvvələri əl-Məyadin şəhərindəki İŞİD terrorçularının məhvi əməliyyatını yekunlaşdırıb.

"Report" RİA “Novosti”-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmisi İqor Konaşenkov bildirib. 

Qeyd edək ki, əl-Məyadin şəhəri Ərəfat çayı vadisində İŞİD terrorçularının nəzarəti altında olan ən iri yaşayış məntəqəsi və Suriyanın şərqində terrorçular tərəfindən möhkəmləndirilimiş ən güclü ərazidir.

Rusiyanın Müdafiə Nazirliyi rəsmisinin sözlərinə görə, son müddət ərzində yaşayış məntəqəsi üzərində nəzarəti saxlamaq üçün İraqdan xeyli sayda terrorçu şəhərə cəlb edilib. Hazırda Suriya ordusunun Rusiya Hava Kosmik Qüvvvələrinin (HKQ) dəstəyi ilə irəlilədiyi bildirilir. 

Son xəbərlər

Orphus sistemi