​Suriya ordusu Əl-Baxsa şəhərini terrorçulardan azad edib

​Suriya ordusu Əl-Baxsa şəhərini terrorçulardan azad edib Əməliyyat Rusiya aviasiyasının dəstəyi ilə həyata keçirilib
Digər ölkələr
10 Oktyabr , 2015 05:26
​Suriya ordusu Əl-Baxsa şəhərini terrorçulardan azad edib

Bakı. 10 oktyabr. REPORT.AZ/ Suriya qoşunları Rusiya aviasiyasının dəstəyi ilə Əl-Baxsa şəhərini terrorçulardan azad edib.

"Report" "Rusnovosti"yə istinadən xəbər verir ki, bu barədə Suriya ordusunun siyasi idarə rəisi general Samir Süleyman məlumat verib.

Əl-Baxsa Rusiyanın zərbə aviasiyası qruplaşmasının yerləşdiyi Latakiyadan təqribən 100 km. cənub-şərqdə yerləşir. Şəhər avqustun əvvəlində "Əl-Qaidə"nin Suriya qanadı olan "Cəbhat ən-Nüsra" terrorçuları tərəfindən ələ keçirilmişdi.

Rusiya sentyabrın 30-dan etibarən Suriya prezidenti Bəşər Əsədin xahişi ilə sözügedən ölkədə fəaliyyət göstərən "İraq-Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasının mövqelərinə havadan zərbələr endirməyə başlayıb.

Bu müddət ərzində qruplaşmanın təqribən 300 terrorçusu, təlim düşərgələri, komanda məntəqələri, silah-sursat anbarları və digər obyektləri məhv edilib.

Son xəbərlər

Orphus sistemi