Suriya ordusu Dəməşq ətrafında terrorçuların mövqelərinə raket zərbəsi endirib

Suriya ordusu Dəməşq ətrafında terrorçuların mövqelərinə raket zərbəsi endirib Hökumət qüvvələri terrorçuların nəzarəti altında olan su mənbələrini geri qaytarmağa çalışırlar
Digər ölkələr
6 Yanvar , 2017 06:00
Suriya ordusu Dəməşq ətrafında terrorçuların mövqelərinə raket zərbəsi endirib

Bakı. 6 yanvar. REPORT.AZ/ Suriya ordusu su mənbələrinin nəzarət altına qaytarılması məqsədi ilə ölkə paytaxtı Dəməşqin qərbində yerləşən Vadi Bəradə vadisində irimiqyaslı anti-terror əməliyyatlarını genişləndirir.

"Report" xəbər verir ki, bu barədə "Əl-Məyadin" telekanalının məlumatında bildirilir.

Hökumət qüvvələri cümə axşamı Deyr-Məkrin yaşayış məntəqəsi ərazisində "Nüsra cəbhəsi" terror qruplaşmasının mövqelərinə raket zərbələri endirib.

Teerrorçular hazırda əvvəlki kimi Dəməşq ətrafındakı ən böyük su anbarı olan Ayn-əl-Ficini öz nəzarətləri altında saxlamaqdadırlar. Onlar paytaxta içməli suyun daxil olduğu boru kəmərini sıradan çıxardıblar.

Son xəbərlər

Orphus sistemi