Bakı. 24 noyabr. REPORT.AZ/ Suriya ordusu çərşənbə günü Əl-Quneytra şəhərindən şimalda yerləşən Tellet-ən-Nekkar strateji yüksəkliklərinə nəzarəti ələ keçirib.
"Report" xəbər verir ki, bu barədə SANA informasiya agentliyi məlumat yayıb.
Suriya ordusu əməliyyat zamanı "Cəbhat fəth əş-Şam" (Keçmiş "Cəbhat ən-Nüsra") terror qruplaşmasının üzvlərini oradan çıxarıblar.
Yüksəkliklərin yaxınlığından Dəməşq-Əl-Quneytra yolunun bir hissəsi keçir və o yol uzun müddət idi ki, terrorçuların nəzarəti altında idi. Hazırda avtomobil yolu ilə hərəkət təhlükəsizdir.