Suriya nizamlanması üzrə işlər Cenevrədə davam etdiriləcək

Suriya nizamlanması üzrə işlər Cenevrədə davam etdiriləcək Hişam Marua: "Fevralın 8-də Cenevrədə keçiriləcək görüşlər Astanada əldə olunmuş razılaşmaları tamamlayacaq"
Digər ölkələr
24 Yanvar , 2017 16:52
Suriya nizamlanması üzrə işlər Cenevrədə davam etdiriləcək

Bakı. 24 yanvar. REPORT.AZ/ Astanada Suriya probleminin həlli üzrə işlər başa çatıb, müxalifət bu məsələləri növbəti dəfə fevralın 8-də Cenevrədə müzakirə edəcək.

"Report" xəbər verir ki, bu barədə RİA "Novosti"yə müxalifətin nümayəndə heyətinin üzvü Hişam Marua bildirib.

"Bu gün Astanada görüşlər və damışıqlar başa çatdı. Fevralın 8-də Cenevrədə görüşlər olacaq. Bu görüşlər Astanada əldə olunmuş razılaşmaları tamamlayacaq" - H.Marua vurğulayıb.

İsveçrədə keçiriləcək məsləhətləşmələrin növbəti mərhələsinə silahlı müxalifət nümayəndələrinin də dəvət olunacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi