Yuxarı

​Suriya müxalifəti İŞİD-lə mübarizədə Rusiyanın dəstəyindən imtina edib

Onlar həm də Moskvanın yeni seçkilərin keçirilməsinə dair təşəbbüsünə qarşı çıxıblar

Bakı. 24 oktyabr. REPORT.AZ/ Suriya müxalifəti “İraq-Şam İslam Dövləti” (İŞİD) terror qruplaşması ilə mübarizədə Rusiyanın havadan dəstək göstərilməsinə dair təklifindən imtina edib.

“Report” xəbər verir ki, bu barədə üsyançı qrupun nümayəndəsi podpolkovnik Əhməd Səuda istindən AFP məlumat yayıb.

Bundan əlavə, “Azad Suriya Ordusu”nun nümayəndələri Moskvanın yeni seçkilərin keçirilməsi təşəbbüsünə qarşı çıxıblar.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiyanın Suriya müxalifət qüvvələrinin yerüstü əməliyyatlarına havadan dəstək göstərməyə hazır olduğunu bəyan etmişdi. Rusiya prezidenti Vladimir Putin bildirib ki, Suriya lideri Bəşər Əsəd bu təkliflə razılaşıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi