Suriya ​müxalifəti: Əsəd rejimi humanitar yardımları öz hərbçilərinə paylayır

Suriya ​müxalifəti: Əsəd rejimi humanitar yardımları öz hərbçilərinə paylayır Fərhan Hak: "Suriyada humanitar yardımların ünvanına çatmamasından narahatıq"
Digər ölkələr
22 May , 2015 13:57
Suriya ​müxalifəti: Əsəd rejimi humanitar yardımları öz hərbçilərinə paylayır

Bakı. 22 may. REPORT.AZ/ "Bəşər Əsəd hakimiyyəti ölkəyə daxil olan humanitar yardımları oğurlayır və öz hərbçilərinə paylayır".

"Report" "Al-Jazzira"ya istinadən xəbər verir ki, bunu Suriya Müxalifəti və İnqilabçı Qüvvələr Koalisiyası bildirib.

BMT-nin UNİSEF qurumunun sözçüsü Fərhan Hak deyib ki, Suriyada humanitar yardımların ünvanına çatmamasından narahatdırlar.  

O, qeyd edib ki, bu yardımların uşaqlara çatdırılması həyati önəm daşıyır: "Ona görə həmin yardımlar başqa yerlərə yönəldilməməlidir".

Son xəbərlər

Orphus sistemi