Suriya müxalifəti Cenevrə danışıqlarında iştirak etməyə razılıq verib

Suriya müxalifəti Cenevrə danışıqlarında iştirak etməyə razılıq verib Tərəflər BMT baş katibinin xüsusi nümayəndəsi Staffan de Mistura ilə ayrı-ayrılıqda görüşürlər
Digər ölkələr
29 Yanvar , 2016 23:25
Suriya müxalifəti Cenevrə danışıqlarında iştirak etməyə razılıq verib

Bakı. 29 yanvar. REPORT.AZ/ Birləşmiş Suriya müxalifəti bu gün Cenevrədə başlayan danışıqlarında iştirak etməyə razılıq verib.

"Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, müxalifət nümayəndələri "ABŞ və BMT-nin təminatından" sonra diyaloq prosesinə qatılmağa hazır olduqlarını bəyan ediblər.

Qeyd edək ki, danışıqlar birbaşa aparılmır. Belə ki, münaqişə tərəfləri BMT baş katibinin xüsusi nümayəndəsi Staffan de Mistura ilə ayrı-ayrılıqda görüşürlər.

Artıq bu gün o, rəsmi Dəməşqin nümayəndə heyəti ilə 2.5 saat danışıqlar aparıb.

Son xəbərlər

Orphus sistemi