Yuxarı

Suriya münaqişəsi: Hökumət qərbdəki şəhərləri İŞİD-dən geri alır

Hökumət qoşunları Mahin və Həvvarin şəhərlərini ələ keçirib

Bakı. 23 noyabr. REPORT.AZ/ Suriya hökumət qoşunlarının ölkənin qərbindəki əraziləri İŞİD qruplaşmasından geri aldığı xəbər verilir.

"Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, Rusiyanın hava zərbələrindən dəstək alan hökumət qoşunları Mahin və Həvvarin şəhərlərini ələ keçirib.

Bu şəhərlər paytaxt Dəməşqi ölkənin şimalındakı mühüm strateji şəhərlərlə birləşdirən şose magistralının şərqində yerləşir.

Rusiya sentyabrın 30-da Suriya üzərində hava reydlərinə başlayandan bəri, prezident Bəşər Əsədin qoşunları geniş əks-həmlə əməliyyatlarına keçib.

Rusiya israr edir ki, hava zərbələri ilə yalnız terrorçuları hədəfləyir, lakin fəallar bildirirlər ki, bu zərbələrin əsas hədəfi İŞİD-ə qarşı Qərb tərəfindən dəstəklənən qiyamçı qruplaşmalardır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi