​Suriya kürdləri Kobaniyə geri qayıdır

​Suriya kürdləri Kobaniyə geri qayıdır Türkiyədə sığınacaq tapmış bir qrup kürd artıq vətənlərinə gedib
Digər ölkələr
20 Mart , 2015 18:27
​Suriya kürdləri Kobaniyə geri qayıdır

Bakı. 20 mart. REPORT.AZ/ Türkiyədə sığınacaq tapmış bir qrup Suriya kürdü doğma Kobani şəhərinə (Ayn-əl-Arab) geri qayıdıb.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, altı ay əvvəl kürd qruplaşmaları ilə “İraq-Şam İslam Dövləti” terror qruplaşmasının üzvləri arasında başlayan toqquşmalardan qaçan Suriya kürdləri terroristlərin geri çəkilməsindən sonra şəhərə geri qayıtmağa başlayıb.

Əksəriyyətini qadın və uşaqların təşkil etdiyi təqribən iki minə yaxın insan Türkiyənin Suriya ilə sərhəddə yerləşən Suruç rayonu ərazisindəki Mürşitpınar buraxılış məntəqəsi qarşısına toplaşıblar.

Müvafiq icazəni aldıqdan sonra Suriya kürdləri nəzarət-buraxılış məntəqəsini keçiblər.

Bütün prosedurlar başa çatdıqdan sonra kürd qrupu Kobaniyə keçib.

Son xəbərlər

Orphus sistemi