Bakı. 13 aprel. REPORT.AZ/ ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın Hərbi Hava Qüvvələri İŞİD terror qruplaşmasının Deyr əz-Zor şəhərində yerləşən kimyəvi silah anbarına aviazərbə endirib.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, Suriya Silahlı Qüvvələrinin Baş Qərargahından verilən məlumata görə, aviazərbə zamanı yüzlərlə dinc sakin həlak olub.
Hərbçilərin sözlərinə görə, bu, silahlılarda kimyəvi silah-sursat olduğunu sübut edir.