Suriya “Bir kəmər, bir yol” təşəbbüsünə qoşulmaq niyyətindədir

Suriya “Bir kəmər, bir yol” təşəbbüsünə qoşulmaq niyyətindədir Suriya “Bir kəmər bir yol” ticarət və nəqliyyat layihələri ilə bağlı təşəbbüsdə iştirak etməyi düşünür.
Digər ölkələr
1 May , 2019 16:33
Suriya “Bir kəmər, bir yol” təşəbbüsünə qoşulmaq niyyətindədir

Suriya “Bir kəmər bir yol” ticarət və nəqliyyat layihələri ilə bağlı təşəbbüsdə iştirak etməyi düşünür.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Suriya Prezidentinin siyasət və media məsələləri üzrə müşaviri Buteinə Şaaban bildirib.

B.Şaaban 25-27 aprel tarixlərində Pekində keçirilmiş “Bir kəmər, bir yol” II Beynəlxalq Əməkdaşlıq Forumunda ölkəsini təmsil etmişdi.

“Tarixi İpək Yolunun mühüm parçası olan Suriya yeni “Bir kəmər, bir yol” təşəbbüsünün ərsəyə gətirilməsində də iştirak edəcək. Suriya, İraq və İran körpülər sala biləcəklər. Buna inanırıq, çünki Yaxın Şərqdə əsas məsələ güc və silahla təfriqə salmaqdır”, - deyən suriyalı rəsmi səkkiz ildir terrordan əziyyət çəkdiklərini, bu gün dialoqa, əməkdaşlığa ehtiyac duyduqlarının dilə gətirib: “Sanksiyalar, cəzalar, müharibə və terror bizə lazım deyil”.

Qeyd edək ki, Pekində “Bir kəmər, bir yol” forumu günlərində “Al Mayadeen” TV-yə açıqlamasında da B.Şaaban qeyd etmişdi ki, İpək Yolu Suriya, İraq və İrandan keçmirsə, bu, İpək Yolu deyil: “2-ci “Bir kəmər, bir yol” forumunda yüksək səviyyədə təmsil olunan Suriya tarixi İpək Yolunun başlıca halqalarından olub. Suriyanın fədakarlığı və terrorla mübarizəsi Çin xalqının, dünyada insanlıq, sevgi və sülh üçün töhfə verən bütün xalqların təqdirini qazanıb”.

Son xəbərlər

Orphus sistemi