Suriya İsrailin onun ərazisinə doğru irəliləməsini qəbuledilməz adlandırıb

Suriya İsrailin onun ərazisinə doğru irəliləməsini qəbuledilməz adlandırıb İsrail qüvvələrinin Suriya ilə sərhəddəki bufer zonada irəliləməsi qəti qəbuledilməzdir.
Digər ölkələr
16 Yanvar , 2025 22:13
Suriya İsrailin onun ərazisinə doğru irəliləməsini qəbuledilməz adlandırıb

İsrail qüvvələrinin Suriya ilə sərhəddəki bufer zonada irəliləməsi qəbuledilməzdir.

“Report” xəbər verir ki, bunu Suriyanın yeni administrasiyasının rəhbəri Əhməd əş-Şaraa Dəməşqdə Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani ilə danışıqlardan sonra deyib.

Əl-Şaraanın sözlərinə görə, İsrail iranlı silahlı birləşmələrin mövcudluğu bəhanəsi ilə bufer zonada irəliləyib.

“Dəməşqin azad edilməsindən sonra bu əsaslandırma artıq yersizdir”, - o vurğulayıb.

Əş-Şaraa qeyd edib ki, beynəlxalq tərəflər Suriyanın 1974-cü il razılaşmasına əməl etməsi və ölkənin BMT qüvvələrini qəbul edib onları müdafiə etməyə hazır olması barədə məlumatlandırılıb.

“Hər kəs İsrailin Suriyaya doğru irəliləməsinin səhv və əvvəlki vəziyyətə qayıtmağın lazım olduğunu qəbul edir”, - Dəməşqdəki yeni administrasiyanın lideri deyib.

Son xəbərlər

Orphus sistemi