Suriya hökuməti Ərəb İqtisadi Sammitində iştirak etməyəcək

Suriya hökuməti Ərəb İqtisadi Sammitində iştirak etməyəcək Bakı. 17 yanvar. REPORT.AZ/ Suriya hökuməti Ərəb Dövlətləri Liqası tərəfindən yanvarın 19-da Beyrutda keçiriləcək Ümumərəb İqtisadi Sammitinə Livan hökumətinin dəvətini qəbul etməyib.
Digər ölkələr
17 Yanvar , 2019 16:58
Suriya hökuməti Ərəb İqtisadi Sammitində iştirak etməyəcək

Bakı. 17 yanvar. REPORT.AZ/ Suriya hökuməti Ərəb Dövlətləri Liqası tərəfindən yanvarın 19-da Beyrutda keçiriləcək Ümumərəb İqtisadi Sammitinə Livan hökumətinin dəvətini qəbul etməyib.

“Report” xəbər verir ki, bunu Suriyanın Livandakı səfiri Əli Əbdülkərim Əli “Al Mayadeen” telekanalının canlı yayımında bildirib.

“Zirvə görüşündə iştirak etməməyimiz təbiidir”, - deyən diplomat Ərəb Dövlətləri Liqasının Dəməşqə münasibətdə səhvlərini aradan qaldırmadığını bildirib.

Xatırladaq ki, 2011-ci ilin noyabr ayında Suriyada Bəşşar Əsəd hökumətinə etiraz edənlərə qarşı qanlı təzyiq tədbirlərindən sonra Ərəb Dövlətləri Liqasında ölkənin üzvlüyü dayandırılmışdı.

Xatırladaq ki, Liviya Milli Uzlaşma Hökuməti də yanvarın 14-də sözügedən tədbiri boykot etmək qərarına gəlmişdi.

Son xəbərlər

Orphus sistemi