Suriya hərbi təyyarələri iki gündə 150 hədəfə zərbələr endirib

Suriya hərbi təyyarələri iki gündə 150 hədəfə zərbələr endirib Terrorçulara məxsus onlarla nəqliyyat vasitəsi məhv edilib
Digər ölkələr
11 Noyabr , 2015 21:08
Suriya hərbi təyyarələri iki gündə 150 hədəfə zərbələr endirib

Bakı. 11 noyabr. REPORT.AZ/ Suriya ordusuna məxsus hərbi təyyarələr son iki gün ərzində terrorçulara aid 150 hədəfə zərbələr endirib.

"Report"un "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, hərbi aviasiya Palmira şəhəri yaxınlığında "İŞİD" qruplaşmasının 20 nəqliyyat vasitəsini məhv edib.

Hələb şəhəri yaxınlığında isə “Cəbhətül-Nusra” təşkilatına aid 15 avtomaşından ibarət konvoy bombalanıb.

Son xəbərlər

Orphus sistemi