Suriya hərbçiləri Rusiya təyyarəsini səhvən vurublar

Suriya hərbçiləri Rusiya təyyarəsini səhvən vurublar Bakı. 18 sentyabr. REPORT.AZ/ Aralıq dənizi üzərində Rusiyanın İl-20 tipli hərbi təyyarəsi Suriyanın Hava Müdafiə Qüvvələri tərəfindən səhvən vurulub.
Digər ölkələr
18 Sentyabr , 2018 12:15
Suriya hərbçiləri Rusiya təyyarəsini səhvən vurublar
0 : 00
0 : 00

Bakı. 18 sentyabr. REPORT.AZ/ Aralıq dənizi üzərində Rusiyanın "İl-20" tipli hərbi təyyarəsi Suriyanın Hava Müdafiə Qüvvələri tərəfindən səhvən vurulub. 

“Report”un CNN-ə istinadən verdiyi xəbərə görə, bu barədə məlumat yayan ABŞ hökumətindəki mənbələrə görə, hadisə Latakiya əyalətindəki hərbi obyektlərə İsrail aviasiyasının hücümunu dəf edərkən baş verib. 

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, vurulan təyyarədə 14 hərbçi olub.

İsrail Ordusu Suriyaya zərbə endirdiklərinə dair Rusiya tərəfinin bəyanatını şərh etməyib.

Son xəbərlər

Orphus sistemi