Suriya hərbçiləri terrorçuların hücumunu dəf edib

Suriya hərbçiləri terrorçuların hücumunu dəf edib Suriya Ərəb Respublikasının hərbçiləri İdlib əyalətində "Hayat Təhrir əş-Şam" terror qruplaşmasının 20 silahlısının hücumunu dəf edib
Digər ölkələr
101
9 May , 2021 05:36
Suriya hərbçiləri terrorçuların hücumunu dəf edib

Suriya Ərəb Respublikasının hərbçiləri İdlib əyalətində "Hayat Təhrir əş-Şam" terror qruplaşmasının 20 silahlısının hücumunu dəf edib.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Suriya Ərəb Respublikasında düşmənçilik edən tərəflərin barışığı üzrə Rusiya Mərkəzi rəhbərinin müavini kontr-admiral Aleksandr Karpov bildirib.

Onun sözlərinə görə, silahlılar Mellaj yaşayış məntəqəsində hərbçilərin mövqelərinə hücum ediblər. Suriya hərbçiləri azı 10 terrorçunu zərərsizləşdirib, digər silahlılar Ftir yaşayış məntəqəsinə tərəf geri çəkilib.

O, əlavə edib ki, İdlibdə də həmçinin "Cabhat ən-Nüsrə" terror qruplaşmasının mövqeləri tərəfindən 52 atəş qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi