Suriya hərbçiləri Hələbdə 15-dən çox terrorçunu məhv edib

Suriya hərbçiləri Hələbdə 15-dən çox terrorçunu məhv edib Suriya ordusunun mühəndis qoşunları tunellərin üzə çıxarır və onları ləğv edir
Digər ölkələr
15 Oktyabr , 2016 02:18
Suriya hərbçiləri Hələbdə 15-dən çox terrorçunu məhv edib

Bakı. 15 oktyabr. REPORT.AZ/ Suriyanın mühəndis qoşunları Hələbin köhnə mərkəzindən şərqdə tunel aşkarlayaraq, onun içində gizlənmiş 15-dən çox terrorçunu məhv ediblər.

"Report" xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyi məlumat yayıb.

"Mühəndislərə qaladan şərqdə terrorçuların tunelini aşkar etmək müvəffəq oldu. Tunel partladıldı və onuniçində gizlənmiş 15-dən çox döyüşçü öldürüldü", - deyə mənbə agentliyə bildirib.

Məlumata görə, terrorçular üç il boyunca Hələbin tarixi mərkəzindəki binaların arasında yeraltı tunellər qazırlar. Döyüşçülər yerin altında diversiyaların təşkili məqsədi ilə hökumət qoşunlarının arxasına çıxmağa çalışırlar.

Suriya ordusunun mühəndis qoşunları fasiləsiz rejimdə çalışaraq tunellərin üzə çıxarılması və onların məhv edilməsi tədbirlərini həyata keçirir.

Son xəbərlər

Orphus sistemi