Yuxarı
    Bağlamaq

    ​Suriya həftə ərzində terrorçuların bir neçə idarəetmə məntəqəsini məhv edib

    Hava qüvvələri tərəfindən iki hərbi texnika karvanı sıradan çıxarılıb

    Bakı. 17 dekabr. REPORT.AZ/ Suriya Hərbi Hava Qüvvələri həftə ərzində ölkənin 7 əyalətində 563 hədəfə 200-ə yaxın uçuş edib, müxtəlif bölgələrdə terrorçuların bir neçə idarəetmə məntəqəsini məhv edib və Hələbdə iki hərbi texnika karvanını sıradan çıxarıblar.

    "Report" xəbər verir ki, bu barədə Suriya ordusunun briqada generalı Əli Mayhub məlumat verib.

    "Suriya ordusunun HHQ-sı 2015-ci il 10-16 dekabr tarixlərində Dəməşq, Homs, Hama, İdlib, Hələb, Latakiya və Deyr-əz-Zor əyalətlərində terror təşkilatlarının 563 obyektinə 193 uçuş edib", - deyə o jurnalistlərə bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi