Yuxarı
    Bağlamaq

    Suriya hava hücumları nəticəsində 52 dinc sakin ölüb

    Koalisiya hələ ki, hadisəyə şərh verməyib

    Bakı. 2 May. REPORT.AZ/ İslam Dövləti qruplaşmasına qarşı ABŞ-ın rəhbərlik etdiyi koalisiya hava hücumları Suriyanın şimalında 50 nəfərdən çox sakinin ölümünə səbəb olub.

    "Report" BBC-yə istinadən xəbər verir ki, Birmahle kəndi cümə günü vurulub və bir çox insan hələ də dağıntılar arasında qalıb. Koalisiya hələ ki, şərh verməyib.

    Bu ayın əvvəli, müşahidəçi qrup bildirmişdi ki, ABŞ-ın başçılıq etdiyi hava kampaniyası ümumilikdə 2000 insanın həyatına son qoyub və onlardan ən azı 1922-si İD döyüşçüləridir.

    Cümə günü Aleppo əyalətindəki Birmahle kəndində həyata keçirilmiş koalisiya hava hücumları 52 dinc sakini öldürüb,” İnsan Haqları üzrə Suriya Müşahidəsinin rəhbəri Rami Abdel Rəhman AFP xəbər agentliyinə bildirib.

    Yeddi uşaq qətlə yetirilib və 13 nəfərdən hələ də xəbər yoxdur, qrup bildirib.

    Kənd, İslam Dövləti döyüşçülərinin kürd və digər üsyançı qruplarla döyüşdüyü cəbhə xəttində yerləşir.

    Cihadçı qrup olan İD, İraq və Suriyanın şimalında xəlifə qurmaq istəyir və sərhədin hər iki tərəfində geniş ərazilərə nəzarət edir.

    ABŞ keçən ilin sentyabr ayından İD-nə qarşı hava hücumları kampaniyasını genişləndirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi