Suriya Fransanı kimyəvi hücumda ittiham edib

Suriya Fransanı kimyəvi hücumda ittiham edib Hücum 2013-cü ildə Dəməşqin Qut qəsəbəsinə edilib
Digər ölkələr
24 Avqust , 2016 04:58
Suriya Fransanı kimyəvi hücumda ittiham edib

Bakı. 24 avqust. REPORT.AZ/ Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşər Cəfəri Fransa kəşfiyyatının 2013-cü ildə Dəməşqin Qut qəsəbəsinə hücum zamanı kimyəvi silah tətbiq etdiyini bildirib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "The Independent" qəzeti yazıb.

Cəfəri ehtimal edir ki, 21 avqust 2013-cü il tarixində Dəməşqin qəsəbəsində kimyəvi silah tətbiqi BMT-nin silahlanma məsələləri üzrə müfəttişlərinin diqqətini terrorçuların ittiham olunduğu digər insidentdən yayındırma üzrə planın tərkib hissəsi olub.

"Dəməşq ətrafında kimyəvi silahdan istifadə Ake Selstremin Hələbə getməsinə mane olmalı idi, çünki (Fransa - red.) Hələbdə kimin kimyəvi silah tətbiq etdiyini bilirdi”, — deyə nəşr Cəfərinin bəyanatını sitat gətirir.

“Onlar Selstremin Hələbə getməsinə bütün vasitələrlə mane olmağa çalışırdılar və bu səbəbdən də Fransa kəşfiyyatının iştirakı ilə Dəməşqdə kimyəvi silahdan istifadə etdilər”, — deyə Cəfəri bildirib.

Son xəbərlər

Orphus sistemi