​Son sutka ərzində Suriyada 15 nəfər edam olunub

​Son sutka ərzində Suriyada 15 nəfər edam olunub Onların bəziləri güllələnərək çarmıxa çəkilib
Digər ölkələr
17 Yanvar , 2015 01:52
​Son sutka ərzində Suriyada 15 nəfər edam olunub

Bakı. 17 yanvar. REPORT.AZ/ Suriyada son sutka ərzində "İraq-Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasının yaraqlıları tərəfindən 15 nəfər edam edilib.

"Report" BBC-yə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyada yerləşən Suriya insan haqlarına riayət olunması üzrə monitorinq mərkəzi məlumat yayıb.

Məlumata görə, edamlar Suriyanın şərqində yerləşən şəhərlərdə qeydə alınıb.

Öldürülənlər İŞİD-ə qarşı müqavimət göstərməkdə ittiham olunublar. Hüquq müdafiəçilərinin məlumatına görə, bəzi qurbanlar güllələndikdən sonra çarmıxa çəkiliblər.

Son xəbərlər

Orphus sistemi