Yuxarı

​Suriya Dəməşqin ətrafını bombalayıb: 30-dan çox ölən var

Bombardıman nəticəsində 6 uşağın öldüyü bildirilir

Bakı. 24 yanvar. REPORT.AZ/ Suriyanın Hərbi Hava Qüvvələri Dəməşq ətrafında yerləşən Hamuriyə şəhərindəki hədəflərə aviazərbələr endirib.

"Report" xəbər verir ki, bu barədə Londonda yerləşən Suriya İnsan Haqları Rəsədxanası məlumat yayıb.

Rəsədxananın məlumatına görə, bombardıman nəticəsində 30-dan çox insan həlak olub. Ölənlər arasında 6 uşağın olduğu bildirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi