Suriya BMT TŞ-ni koalisiyanın dinc kəndləri bombardman etməsini pisləməyə çağırıb

Suriya BMT TŞ-ni koalisiyanın dinc kəndləri bombardman etməsini pisləməyə çağırıb Bakı. 6 yanvar. REPORT.AZ/ Suriyanın Xarici İşlər Nazirliyi şənbə günü BMT Təhlükəsizlik Şurasına (TŞ) məktub göndərərək, Qərb koalisiyası aviasiyasının Deyr-əz-Zor əyalətinə hücumlarını pisləməyi tələb edib.
Digər ölkələr
6 Yanvar , 2019 06:40
Suriya BMT TŞ-ni koalisiyanın dinc kəndləri bombardman etməsini pisləməyə çağırıb

Bakı. 6 yanvar. REPORT.AZ/ Suriyanın Xarici İşlər Nazirliyi şənbə günü BMT Təhlükəsizlik Şurasına (TŞ) məktub göndərərək, Qərb koalisiyası aviasiyasının Deyr-əz-Zor əyalətinə hücumlarını pisləməyi tələb edib.

“Report” TASS-a istinadən xəbər verir ki, xarici siyasət idarəsinin məlumatında qeyd edilir ki, son iki gündə Əl-Kaşkiyə və Əş-Şəfa yaşayış məntəqələrində 20 nəfər aviazərbələrin qurbanı olub. Onların arasında uşaqlar da var.

Respubilka XİN-i BMT TŞ-ni Qərb koalisiyasının Suriyaya aqressiv hücumlarının qarşısını almaq üçün təcili tədbirlər görməyə çağırıb.

Son xəbərlər

Orphus sistemi