Sumqayıtda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə şəhərin mərkəzində qeydə alınıb.
Avtomobil 1987-ci il təvəllüdlü Sumqayıt sakini Ağamirov Ramin Məhəmməd oğlunu vurub.
Yaralı xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona hər iki topuğun və incik sümüyünün sınığı diaqnozları qoyulub.
Fakt araşdırılır.