Sudanın keçmiş baş naziri COVID-19-dan ölüb

Sudanın keçmiş baş naziri COVID-19-dan ölüb Sudanın keçmiş baş naziri və "Al-Umma" müxalifət partiyasının lideri Sadık əl-Maxdi 84 yaşında koronavirusdan ölüb.
Digər ölkələr
26 Noyabr , 2020 04:10
Sudanın keçmiş baş naziri COVID-19-dan ölüb
Sadık al-Mahdi

Sudanın keçmiş baş naziri və "Al-Umma" müxalifət partiyasının lideri Sadık al-Mahdi 84 yaşında koronavirusdan ölüb.

“Report” xəbər verir ki, bu barədə yerli “Al-Sudani” qəzeti bildirib.

Nəşr qeyd edib ki, al-Mahdidə koronavirus noyabrın əvvəlində aşkar edilib. Çərşənbə günü siyasətçinin vəziyyəti pisləşib.

“Al-Arabiya” telekanalı isə mənbələrə istinadən bildirib ki, Sudanın keçmiş baş naziri BƏƏ-də vəfat edib.

Sadık al-Mahdi iki dəfə (1966-1967 və 1986-1989 illər) Sudanın baş naziri vəzifəsini icra edib. O, Ömər al-Bəşirin hakimiyyəti illərində Sudan müxalifətinin ən nüfuzlu liderlərindən biri olub.

Son xəbərlər

Orphus sistemi