Sudanın devrilmiş prezidentinin qardaşları həbs olunub

Sudanın devrilmiş prezidentinin qardaşları həbs olunub Sudanın sabiq prezidenti Ömər əl-Bəşirin qardaşları Abdulla və Abbas korrupsiya ittihamı ilə əlaqədar olaraq həbs olunublar.
Digər ölkələr
18 Aprel , 2019 05:51
Sudanın devrilmiş prezidentinin qardaşları həbs olunub

Sudanın sabiq prezidenti Ömər əl-Bəşirin qardaşları Abdulla və Abbas korrupsiya ittihamı ilə əlaqədar olaraq həbs olunublar.

"Report" xəbər verir ki, bunu Xartumda Sudan Hərbi Şurasının rəsmi nümayəndəsi Şəms əd-Din əl-Kubaşi İbrahim deyib.

Hərbçinin sözlərinə görə, devrilmiş rejim nümayəndələrinin həbsləri davam edir:

"Bu, ilk növbədə korrupsiya fəaliyyətində şübhəli bilinən kəslərə aiddir".

Son xəbərlər

Orphus sistemi