Sudanın bütün ərazilərində elektrik enerjisinin verilişi dayandırılıb

Sudanın bütün ərazilərində elektrik enerjisinin verilişi dayandırılıb Sudanın Su Ehtiyatları, İrreqasiya və Elektrikləşdirmə Nazirliyi Bazar günü ölkə ərazisində elektrik enerjisinin kəsilməsi ilə bağlı məlumat yayıb.
Digər ölkələr
8 Aprel , 2019 01:42
Sudanın bütün ərazilərində elektrik enerjisinin verilişi dayandırılıb

Sudanın Su Ehtiyatları, İrreqasiya və Elektrikləşdirmə Nazirliyi Bazar günü ölkə ərazisində elektrik enerjisinin kəsilməsi ilə bağlı məlumat yayıb.

"Report" TASS-a istinadən xəbər veriri ki, yaranmış probblemin aradan qaldırılması üçün ölkənin müvafiq qurumları fövqəladə iş rejiminə keçib.

2018-ci ilin əvvəlindən başlayaraq, bu 5-ci analoji haldır. Hazırda mühəndislər yaranmış problemi aradan qaldırmağa çalışır. 

Qeyd edək ki, Sudanda indi anomal isti hava hökm sürür. Belə ki, bəzi ərazilərdə temperatur +40 dərəcəyə çatır.

Son xəbərlər

Orphus sistemi