Sudanda toqquşmalarda ölən mülki şəxslərin sayı 425-ə çatıb

Sudanda toqquşmalarda ölən mülki şəxslərin sayı 425-ə çatıb Sudanda ordu ilə çevik reaksiya qüvvələri (xüsusi təyinatlılar) arasında baş verən qarşıdurmalarda həlak olan mülki şəxslərin sayı 425-ə yüksəlib, 2091 nəfər yaralanıb.
Digər ölkələr
30 aprel 2023 08:52
Sudanda toqquşmalarda ölən mülki şəxslərin sayı 425-ə çatıb

Sudanda ordu ilə çevik reaksiya qüvvələri (xüsusi təyinatlılar) arasında baş verən qarşıdurmalarda həlak olan mülki şəxslərin sayı 425-ə yüksəlib, 2091 nəfər yaralanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Sudanın Həkimlər Komitəsi məlumat yayıb.

“Toqquşmalar başlayandan bəri ölən mülki vətəndaşların sayı 425-ə, yaralıların sayı 2 091-ə çatıb”, - komitə açıqlayıb.

Xatırladaq ki, daha öncə ölkənin Səhiyyə Nazirliyi aprelin 15-dən aprelin 27-dək ümumilikdə 528 nəfərin öldüyünü, 4 599 nəfərin yaralandığını bildirmişdi.

Son xəbərlər

Orphus sistemi