Sudanda təyyarə qəzasında ölənlərin sayı 18 nəfərə çatıb - YENİLƏNİB

Sudanda təyyarə qəzasında ölənlərin sayı 18 nəfərə çatıb - YENİLƏNİB Sudanın Qərbi Darfur əyalətində “An-12” təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların sayı 18 nəfərə çatıb.
Digər ölkələr
3 Yanvar , 2020 01:20
Sudanda təyyarə qəzasında ölənlərin sayı 18 nəfərə çatıb - YENİLƏNİB

Sudanın Qərbi Darfur əyalətində “An-12” təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların sayı 18 nəfərə çatıb.

“Report xəbər verir ki, bu barədə “SUNA” agentliyi ölkənin Silahlı Qüvvələrinin rəsmi nümayəndəsi Amer Məhəmməd Əhmədə istinadla məlumat yayıb.

Həlak olanların yeddisi ekipaj üzvü, üçü yerli hakim, səkkizi isə mülki şəxsdir.

Hərbi təyyarə havaya qaxdıqdan 5 dəqiqə sonra El-Qeneyna şəhərinin aeroportundan beş kilometr aralıda yerə çırpılıb. Bundan əvvəl təyyarənin göyərtəsində 15 nəfərin olduğu deyilirdi.


23:45***02.01.2020

Sudanda hərbi nəqliyyat təyyarəsi qəzaya uğrayıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, təyyarə hərbi hava bazasından havaya qalxdıqdan qısa bir müddət sonra yerə çırpılıb. Qəza nəticəsində 15 nəfər həlak olub.

“Reuters”in məlumatına görə, təyyarə bu yaxınlarda etnik qruplar arasında ölümcül toqquşmaların qeydə alındığı Qərbi Darfurdakı hərbi bazada qəzaya uğrayıb.

Hazırda qəzanın baş vermə səbəbləri məlum deyil.

Son xəbərlər

Orphus sistemi