​Sudanda Rusiya vətəndaşları oğurlanıb

​Sudanda Rusiya vətəndaşları oğurlanıb Oğurlanan şəxslər BMT-nin Sudandakı missiyasında işləyiblər
Digər ölkələr
2 fevral 2015 22:42
​Sudanda Rusiya vətəndaşları oğurlanıb

Bakı. 3 fevral. REPORT.AZ/ Sudanın Mərkəzi Darfur regionunda iki Rusiya vətəndaşı naməlum şəxslər tərəfindən oğurlanıb.

"Report" xəbər verir ki, bu barədə Sudanın sözügedən regionunun qubernatoruna istinadən "RİA Novosti" məlumat yayıb.

"Naməlum silahlı şəxslər müşayiət olunmayan iki Rusiya vətəndaşını oğurlayıblar", -deyə Darfur qubernatoru Cəfər Əbdül Həkəm bildirib.

Rusiyanın Sudandakı səfirliyi məlumatı təsdiq edib.

Oğurlanan şəxslər hansısa aviaşirkətin əməkdaşları olublar və müqavilə əsasında BMT-nin Sudandakı missiyasında işləyiblər.

Hadisə yanvarın 29-da baş verib.

Son xəbərlər

Orphus sistemi