Sudanda referendum keçiriləcək

Sudanda referendum keçiriləcək Mövcud beş ştatın qalması yaxud birləşdirilməsi həll ediləcək
Digər ölkələr
11 Aprel , 2016 01:50
Sudanda referendum keçiriləcək

Bakı. 11 aprel. REPORT.AZ/ Bu gün Sudanın qərbindəki 7,5 milyon sakini olan Darfurda bu bölgənin inzibati quruluşunun müəyyənləşdirilməsi ilə bağlı referendum keçiriləcək. 

"Report"un məlumatına görə, seçicilər referendumda hazırda mövcud olan beş ştatın qalmasını ya da birləşdirilməsi məsələsini referendumla həll edəcəklər.

Ölkə hakimiyyəti referenduma bölgədə vəziyyətin normallaşması və 300 min insanın həyatına son qoymuş çoxillik münaqişənin aradan qaldırılması vasitəsi kimi baxır.

Darfur münaqişəsinə səbəb köçəri ərəb tayfaları ilə Afrika əkinçiləri arasında torpaqlar uğrunda mübarizə olub.  

Son xəbərlər

Orphus sistemi