Sudanda qızıl mədəninin çökməsi nəticəsində ölənlərin sayı artıb

Sudanda qızıl mədəninin çökməsi nəticəsində ölənlərin sayı artıb Sudanda çökmüş qızıl mədəninin dağıntıları altından 31 şaxtaçının meyiti çıxarılıb.
Digər ölkələr
28 dekabr 2021 17:41
Sudanda qızıl mədəninin çökməsi nəticəsində ölənlərin sayı artıb
0 : 00
0 : 00

Sudanda qızıl mədəninin çökməsi nəticəsində ölənlərin sayı artıb.

"Report" xəbər verir ki, bu barədə "Al-Arabiya" telekanalı məlumat yayıb.

Son məlumata görə, ölü sayı 38 nəfər təşkil edir. Belə ki, daha 7 işçinin meyiti dağıntılar altından çıxarılıb.

Bir neçə nəfərin taleyi naməlum olaraq qalır.

Axtarış işləri davam edir.

19:14

Sudanda çökmüş qızıl mədəninin dağıntıları altından 31 şaxtaçının meyiti çıxarılıb.

"Report" xəbər verir ki, bu barədə “Əl İntibaha” informasiya portalı məlumat yayıb.

Məlumata görə, dekabrın 26-da Qərbi Kordofan əyalətinin Əl-Nuhud bölgəsində özəl qızıl mədəni çöküb.

Hadisə nəticəsində azı 8 nəfərin itkin düşdüyü bildirilir.

Son xəbərlər

Orphus sistemi