Sudanda nümayişin dağıdılması zamanı 35-dən çox insan ölüb

Sudanda nümayişin dağıdılması zamanı 35-dən çox insan ölüb Sudanın paytaxtı Xartumda çadır düşərgəsinin dağıdılması nəticəsində 35-dən çox insan ölüb, yüzlərlə insan yaralanıb.
Digər ölkələr
4 iyun 2019 01:53
Sudanda nümayişin dağıdılması zamanı 35-dən çox insan ölüb

Sudanın paytaxtı Xartumda çadır düşərgəsinin dağıdılması nəticəsində 35-dən çox insan ölüb, yüzlərlə insan yaralanıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Həkimlər Komitəsi bəyanat yayıb.

Bildirilir ki, hazırda ölənlərin dəqiq sayını müəyyən etmək mümkün deyil. Bundan əlavə, etirazçıların və həkimlərin sözlərinə görə, bir çox ölənlərin meyitləri Nil çayına atılıb.

Sudan ordusu nümayişçilərin paytaxt mərkəzində saldığı çadır düşərgəsini bazar ertəsi səhərdən dağıtmağa başlayıb. Əməliyyat zamanı fəal şəkildə odlu silah tətbiq olunub.

Son xəbərlər

Orphus sistemi