Sudanda etnik toqquşmalar zamanı onlarla insan ölüb

Sudanda etnik toqquşmalar zamanı onlarla insan ölüb Sudanın cənubundakı Mavi Nil əyalətində Berta və Hausa xalqlarının nümayəndələri arasında toqquşmalar qeydə alınıb.
Digər ölkələr
17 iyul 2022 15:04
Sudanda etnik toqquşmalar zamanı onlarla insan ölüb

Sudanın cənubundakı Mavi Nil əyalətində Berta və Hausa xalqlarının nümayəndələri arasında toqquşmalarda onlarla insan həlak olub.

"Report" bu barədə "Associated Press"ə istinadən xəbər verir.

Toqquşmalarda azı 65 nəfərin həlak olduğu deyilir. Yerli tibb xidmətlərinin məlumatına görə, ölənlərin əksəriyyəti gənclərdir.

Həmçinin 150-yə yaxın insan yaralanıb.

Əyalətdə qarşıdurmalar ötən həftə yerli fermerin öldürülməsindən sonra başlayıb. Sudan hökuməti asayişi bərpa etmək üçün bölgəyə hərbiləşdirilmiş çevik dəstək qüvvələri göndərib.

Bölgədə qarşıdurmalar başlayandan minlərlə insan evlərini tərk edib.

Son xəbərlər

Orphus sistemi