Sudanda etnik münaqişə zamanı 11 nəfər öldürülüb, daha 7 nəfər yaralanıb

Sudanda etnik münaqişə zamanı 11 nəfər öldürülüb, daha 7 nəfər yaralanıb Sudanın qərbində yerləşən Şimali Darfur əyalətində silahlı toqquşma olub.
Digər ölkələr
31 May , 2021 05:43
Sudanda etnik münaqişə zamanı 11 nəfər öldürülüb, daha 7 nəfər yaralanıb

Sudanın qərbində yerləşən Şimali Darfur əyalətində silahlı toqquşma olub.

“Report” “Habertürk”ə istinadən xəbər verir ki, bu barədə Şimali Darfur Həkimlər Komitəsi məlumat yayıb.

Məlumata görə, Foro Baranga ərazisində bir gəncin odlu silahdan açılan atəş nəticəsində öldürülməsindən sonra etnik azlıqlar arasında atışma başlayıb. Silahlı qarşıdurma zamanı 11 nəfər öldürülüb, daha 7 nəfər yaralanıb. Eyni zamanda qarşıdurma zamanı xeyli mağazaya ziyan dəyib.

Hakimiyyət orqanları bölgəyə təhlükəsizlik qüvvələri göndəriblər.

Son xəbərlər

Orphus sistemi