Sudanda etiraz zamanı 63 nəfər öldürülüb

Sudanda etiraz zamanı 63 nəfər öldürülüb Sudanda hərbi çevrilişdən bu günə kimi davam edən aksiyalarda 63 etirazçı öldürülüb.
Digər ölkələr
11 Yanvar , 2022 06:38
Sudanda etiraz zamanı 63 nəfər öldürülüb

Sudanda hərbi çevrilişdən bu günə kimi davam edən aksiyalarda 63 etirazçı öldürülüb.

“Report” bu barədə “Anadolu” agentliyinə istinadən xəbər verir.

Sudan Həkimlər Komitəsinin hüquq müdafiəçiləri bir gün əvvəl başından ağır yaralanan 16 yaşlı etirazçının öldüyünü bildiriblər. Məlumata görə, həkimlərin səylərinə baxmayaraq, gənc dünyasını dəyişib.

Qeyd edək ki, ötən ilin 25 oktyabrında Sudanda ordu dövlət çevrilişinə cəhd edib. Ölkə daxilində hərbi qiyamlara qarşı etirazlar hələ də davam edir.

Son xəbərlər

Orphus sistemi