Bakı. 30 yanvar. REPORT.AZ/ Sudanda etiraz aksiyaları zamanı ölənlərin sayı 30 nəfərə çatıb.
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu jurnalistlərə hadisələrin araşdırılmasına nəzarət komitəsinin rəhbəri Amer Əhməd İbrahim deyib.
Daha əvvəl ölənlərin sayının 25, yaralıların isə 200-dən çox olduğu bildirilirdi.
"Ölkədə son etirazlar zamanı ölənlərin sayı 30 nəfərə qədər artıb", - deyə İbrahim bildirib.
Sudanda etirazlar 2018-ci ilin dekabrından davam edir. Etirazlar çörək və digər malların qiymətinin artması fonunda başlayıb.