Yuxarı
    Bağlamaq

    Sudanda daşqınlar nəticəsində ölənlərin sayı 84 nəfərə çatıb

    Ümumilikdə 60 min nəfər daşqınlardan zərər çəkib

    Bakı. 8 avqust. REPORT.AZ/ Sudanda güclü yağışların yaratdığı daşqın və sel nəticəsində ölənlərin sayı 84 nəfərə çatıb. 

    "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Sudanın "Blue Nile" telekanalı məlumat verib. 

    Məlumata görə, təkcə ölkənin şərqində yerləşən Kassala ştatında 7 nəfər ölüb, 3 min ailə zərər çəkib və xilas yolunu dağlara qaçmaqda tapıb. 

    Ümumilikdə isə 60 min nəfərin daşqınlardan zərər çəkdiyi bildirilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi