Sudan və Fələstin 2024-cü ildə humanitar böhran riski olan ölkələr siyahısına başçılıq edir

Sudan və Fələstin 2024-cü ildə humanitar böhran riski olan ölkələr siyahısına başçılıq edir “Beynəlxalq Xilasetmə Komitəsi” (IRC) qeyri-hökumət humanitar təşkilatı 2024-cü ildə humanitar vəziyyətin daha da pisləşmə riski olan 20 ölkənin illik siyahısını dərc edib.
Digər ölkələr
14 Dekabr , 2023 23:30
Sudan və Fələstin 2024-cü ildə humanitar böhran riski olan ölkələr siyahısına başçılıq edir

“Beynəlxalq Xilasetmə Komitəsi” (IRC) qeyri-hökumət humanitar təşkilatı 2024-cü ildə humanitar vəziyyətin daha da pisləşmə riski olan 20 ölkənin illik siyahısını dərc edib.

“Report” TASS-a istinadən xəbər verir ki, hesabatda 2023-cü ildə humanitar yardıma ehtiyacı olan insanların ümumi sayının 300 milyona, evlərini tərk etmək məcburiyyətində qalanların sayının isə 110 milyona çatdığı qeyd olunub.

IRC-nin press-relizində deyilir ki, əsasən Afrikada olan bu 20 ölkə dünya əhalisinin təxminən 10%-ni, məcburi köçkünlərin 70%-ni, humanitar ehtiyacların 86%-ni əhatə edir.

Siyahıya Sudan başçılıq edir. Qiymətləndirmələrə görə, döyüşlər getdiyinə, beynəlxalq ictimaiyyətin minimum diqqətinə və regional mənfi nəticələr riskinə görə 2024-cü ildə 25 milyon insanın humanitar yardıma ehtiyacı olacaq və köçkünlərin sayın 6 milyona çatacaq. İkinci yeri tutan Fələstində azı 3 milyon məcburi köçkünün yardıma ehtiyacı ola bilər. Ərəb ölkəsi həmçinin səhiyyə sisteminin çökməsi riski ilə üz-üzədir.

Siyahıda üçüncü yeri əhalisi silahlı münaqişə və iqlim dəyişikliyinin nəticələrindən əziyyət çəkməyə davam edən Cənubi Sudan tutub. “Bundan əlavə, 2024-cü ildə ölkədə “El Niño” fenomeninin səbəb olduğu daşqınlar ola bilər”, - IRC-dən qeyd ediblər.

“Top-10”a həmçinin Burkina Faso, Myanma, Mali, Somali, Niger, Efiopiya və Konqo Demokratik Respublikası daxil edilib.

Son xəbərlər

Orphus sistemi