"Su-24" təyyarəsinin qara qutularının şifrələrinin açılması prosesi başlayıb

"Su-24" təyyarəsinin qara qutularının şifrələrinin açılması prosesi başlayıb Məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.
Digər ölkələr
17 Dekabr , 2015 22:42
Su-24 təyyarəsinin qara qutularının şifrələrinin açılması prosesi başlayıb

Bakı. 17 dekabr. REPORT.AZ/ Türkiyə-Suriya sərhədində vurulan Rusiya təyyarəsinin qara qutularının şifrələrinin açılması prosesi başlayıb.

"Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.

İlkin nəticələrlə bağlı mətbuat konfransı isə dekabrın 18-də keçiriləcək.

Rusiya təyyarəsi 24 noyabr 2015-ci il tarixində terrorçulara qarşı əməliyyat zamanı vurulub. Vurulma anında qırıcıdan paraşütlə atılmağı bacaran podpolkovnik Oleq Peşkov Suriya terrorçuları tərəfindən öldürülüb.

Son xəbərlər

Orphus sistemi