Ştutqartda baş verən qarşıdurmaya görə 24 nəfər saxlanılıb

Ştutqartda baş verən qarşıdurmaya görə 24 nəfər saxlanılıb Almaniyanın Ştutqart şəhərində polislə sakinlər arasında baş verən qarşıdurmada 24 nəfər saxlanılıb.
Digər ölkələr
22 iyun 2020 08:14
Ştutqartda baş verən qarşıdurmaya görə 24 nəfər saxlanılıb

Almaniyanın Ştutqart şəhərində polislə sakinlər arasında baş verən qarşıdurmada 24 nəfər saxlanılıb.

Ştutqart şəhər Polis Təşkilatından “Report”un Avropa bürosuna verilən məlumatda deyilir ki, saxlanılan şəxslərdən 12-si Almaniyanın sığınacaq verdiyi əcnəbi, 9-u alman, 3-ü isə, Almaniyada doğulan miqrant kökənli şəxs olub.

Məlumatda bildirilir ki, hadisə polisin bir gənci narkotik testindən keçirmək istəməsindən sonra baş verib. Polis əməkdaşlarına müqavimət göstərən şəxsə yaxınlıqda dostları da dəstək veriblər. Əraziyə əlavə polis əməkdaşları cəlb edilib. Lakin bundan sonra polisə müqaviət göstərən şəxslər əllərindəki daş və dəmir parçalarını onlara doğru atmağa başlayıblar. Daha sonra ara küçələrə qaçan şəxslər geyim butiləri və mağazların şüşələrini sındıraraq “Allahu Əkbər” şüarları səsləndiriblər.

Əraziyə xüsusi təyinatlı polis əməkdaşlarının gəlməsindən sonra qaçan şəxslər saxlanılıb.

Faktla bağlı Ştutqart şəhər Polis Təşkilatı və Prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi