Bakı. 12 dekabr. REPORT.AZ/ Fransanın Aşağı Reyn departamentində bu gün hər cür nümayiş qadağan ediləcək.
"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Kristof Kastaner bildirib.
Onun sözlərinə görə, bu addım hüquq-mühafizə orqanları əməkdaşlarının tədbirlərin mühafizəsinə yox, Strasburq şəhərinin mərkəzində atışma təşkil edən və polisdən qaçan cinayətkarın axtarışına diqqət yetirməsini təmin etmək məqədi ilə atılıb.