Strasburqda pirotexniki vasitələrdən istifadə zamanı azı 20 nəfər xəsarət alıb

Strasburqda pirotexniki vasitələrdən istifadə zamanı azı 20 nəfər xəsarət alıb Bakı. 1 yanvar. REPORT.AZ/ Fransanın Strasburq şəhərində Yeni il gecəsi pirotexniki vasitələrlə ehtiyatsız davranma zamanı azı 20 nəfər xəsarət alıb.
Digər ölkələr
1 Yanvar , 2018 19:15
Strasburqda pirotexniki vasitələrdən istifadə zamanı azı 20 nəfər xəsarət alıb

Bakı. 1 yanvar. REPORT.AZ/ Fransanın Strasburq şəhərində Yeni il gecəsi pirotexniki vasitələrlə ehtiyatsız davranma zamanı azı 20 nəfər xəsarət alıb.

"Report"un məlumatına görə, bu barədə "Figaro" qəzeti xəbər verib.

Həkimlərin sözlərinə görə, onların əksəriyyəti həddi-büluğa çatmamış 12-17 yaşlı şəxslərdir.

Onlar əlllərindən və gözlərindən yanıq və digər xəsarətlər alıblar. Yaralılardan birinin iki barmağı amputasiya edilib.

Fransada pitotexniki vasitələrdən istifadə qadağan edilib. Lakin Strasburq sakinləri onları qonşu Almaniyadan gətirir.

Son xəbərlər

Orphus sistemi