Strasburqda Avropa Parlamentinə yeni sədr seçiləcək

Strasburqda Avropa Parlamentinə yeni sədr seçiləcək Martin Şults noyabrda vəzifəsindən istefa verib
Digər ölkələr
17 Yanvar , 2017 03:18
Strasburqda Avropa Parlamentinə yeni sədr seçiləcək

Bakı. 17 yanvar. REPORT.AZ/ Bu gün Strasburqda Avropa Parlamentinin yeni sədri seçiləcək.

"Report" xəbər verir ki, hazırkı sədr Martin Şults ötən ilin noyabrında vəzifəsindən getdiyini və Almaniyada yerli Sosial-Demokrat Partiyasının 2017-ci il seçkilərində Şimali Reyn-Vestfaliya üzrə seçki siyahısına rəhbərlik etməyi qərara aldığını bildirib.

Müşahidəçilərin fikrincə, Avropa İttifaqının ali orqanının rəhbəri postuna namizədlər "xalqçı" Antonio Tayani, sosialist Canni Pitella və liberal Gi Verxofstadtdır. Onlar gizli səsvermə yolu ilə seçiləcəklər. 

Son xəbərlər

Orphus sistemi