Yuxarı

Stoltenberq: "NATO Suriyaya quru qoşunları göndərməyəcək"

Mövcud münaqişə Qərb və İslam dünyasının qarşıdurması deyil

Bakı. 7 dekabr. REPORT.AZ/ "NATO İŞİD terror qruplaşması ilə döyüşmək üçün Suriyaya quru qoşunları göndərməyəcək. Bu, istisnadır".

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunun NATO baş katibi Yens Stoltenberq deyib.

"Bu, koalisiya və NATO müttəfiqlərinin planlarına daxil deyil. ABŞ-ın məhdud sayda xüsusi təyinatlı bölməsi var. Ön planda yerli qüvvələrin güclənməsi dayanır. Bu, asan qərar deyildi, amma yeganə seçim idi", - Stoltenberq İsveçrənin "Tages-Anzeiger" qəzetinə müsahibəsində bildirib.

NATO baş katibi vurğulayıb ki, mövcud münaqişə Qərb və İslam dünyasının qarşıdurması deyil: "Bu, ekstremizm və terrorizmə qarşı mübarizədir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi