Stoltenberq: "NATO Suriya münaqişəsində iştirak etməyə hazırlaşmır"

Stoltenberq: "NATO Suriya münaqişəsində iştirak etməyə hazırlaşmır" "Lakin alyans terrorçuluqla mübarizədə fəal iştiraka hazırdır"
Digər ölkələr
6 May , 2017 03:55
Stoltenberq: NATO Suriya münaqişəsində iştirak etməyə hazırlaşmır

Bakı. 6 may. REPORT.AZ/ NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, alyans Suriyadakı vətəndaş müharibəsində iştirak imkanını nəzərdən keçirmir.

"Report" xəbər verir ki, bu barədə o, "Spiegel" jurnalına müsahibəsində bildirib.

"NATO hərbçilərinin Suriyadakı vətəndaş müharibəsində heç bir iştirakı gözlənilmir, bununla bağlı heç bir müzakirə aparılmır", - deyə alyansın rəhbəri bildirib.

Lakin Y.Stoltenberq qeyd edib ki, alyans terrorçuluqla mübarizədə fəal iştirak etməyə hazırdır. Belə ki, onun sözlərinə görə, NATO hərbçiləri İraqda və Əfqanıstanda yaraqlılarla mübarizə üçün yerli qüvvələrə təlim keçə bilərlər.

Son xəbərlər

Orphus sistemi