"NATO-nun 700 hərbçisi artıq Kosovoda yerləşdirilib".
“Report” xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq bildirib.
Onun sözlərinə görə, bu, Alyansın Serbiya ilə Kosovo arasındakı münaqişənin dinc yolla həlli ilə bağlı vasitəçilikdən imtina etməsi anlamına gəlməməlidir.
Qeyd edək ki, serblərin sıx yaşadığı Kosovonun Strpce şəhərində bələdiyyələrdə albanlar üstünlük təşkil edib. Bu həmin bələdiyyə ərazisində yaşayan serblərin etirazına səbəb olub. Bu gərginlik NATO-nun Kosovo Sülh Qüvvələrinin (KFOR) 30 əsgərinin yaralanmasından sonra daha da artıb.